• Bakı 23° C

    5.38 m/s

Ronaldo İrana getdi

İDMAN

18 Sentyabr 2023 | 23:46 | Müəllif: Subhan Mahmudov

Ronaldo İrana getdi

Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo İrana gedib.

Bakıvaxtı.az bildirir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, komandası ilə birlikdə paytaxt Tehrana gedən Ronaldo izdihamla qarşılanıb. Azarkeşlər komandanı daşıyan avtobusu "Espinas Palace Hotel"ə qədər müşayiət ediblər.

Həmçinin bildirilib ki, Ronaldo ilə keçirilən görüş zamanı futbolçuya əllə toxunmuş İran xalçası hədiyyə edilib. Xalçanın dəyərinin 3 milyard tüməndən (təxminən 120 min manatdan) çox olduğu bildirilib.

Qeyd edək ki, sabah İranın paytaxtı Tehranın "Azadi" stadionunda Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Persepolis" və "Əl Nəsr" komandaları qarşılaşacaq.

Görüş İran vaxtı ilə saat 21:30-da baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026