• Bakı 21° C

    3.72 m/s

Millimizin Avropa çempionatı üçün heyəti AÇIQLANDI

İDMAN

18 Oktyabr 2023 | 15:00

Millimizin Avropa çempionatı üçün heyəti AÇIQLANDI

Azərbaycan şahmat millisinin Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Bakıvaxtı.az-ın Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, komandalar arasında yarışa 5 kişi və 5 qadın şahmatçı yollanacaq.

Kişilərin qitə birinciliyində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli mübarizə aparacaqlar. Qədir Hüseynov millinin kapitanı olacaq.

Qadın şahmatçılardan ibarət heyətə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb olunublar. Mixail Şereşevski ilə Yevgeni Tomaşevski kapitan qismində səfərə gedəcəklər.

Qeyd edək ki, Avropa çempionatı 10-21 noyabr tarixlərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026