• Bakı 20° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Arda "KÖPƏKBALIQLARI”NIN içərisində...

İDMAN

17 Noyabr 2023 | 13:23

Arda "KÖPƏKBALIQLARI”NIN içərisində...

“Real Madrid”in keçmiş fiziki baş məşqçisi Jose Luis San Martin 18 yaşlı türkiyəli futbolçu Arda Gülerin səhv məşq və müalicənin qurbanı olduğunu deyib.

Bakıvaxtı.az xəbər verir ki, “Marca” nəşri məlumat yayıb.

"Real"ın baş həkimi Niko Mihiç istefaya göndərilərkən, klubun keçmiş fiziki məşqçisi Xose Luis San Martin mövzu ilə bağlı maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Onun sözlərinə görə, Arda Gülərə tamamilə yanlış məşq üsulları tətbiq edilib. Sonrakı səhv müalicə ilə proses daha da pisləşib.

“Real Madrid”in 18 yaşlı oyunçunu uzun müddətdir izlədiyini və sonra onu heyətinə qatdığını deyən Martin "İlk məşqdə Ardanın boyu 1.75, çəkisi isə 69 kilo idi. Bu vəziyyət göstərir ki, o, elit səviyyəli oyunçularla rəqabət aparacaq səviyyədə deyil.Uyğunlaşma prosesindəki addımlar səhv idi. Gənc futbolçu "Köpəkbalığı" ilə dolu bir mühitdə həddindən artıq yüklənmişdi. Nəticədə isə zədələri daha da ağırlaşdı”, - deyə bildirib.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR