• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Azərbaycan çempionatında avtoqol antirekordu təkrarlanıb

İDMAN

16 Dekabr 2023 | 18:15 | Müəllif: Subhan Mahmudov

Azərbaycan çempionatında avtoqol antirekordu təkrarlanıb

"Qəbələ”nin futbolçusu İlkin Qırtımov Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.

Bakıvaxtı.az xəbər verir ki, müdafiəçi Misli Premyer Liqasının XVII turunda uğursuzluq yaşayıb. O, “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.

İlkin 2018/19 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub. O, Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.

Qırtimov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Onadək Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jairo Rodriges, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR