• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Fənərbağça” səfərdə çətin qələbə qazanıb

İDMAN

14 Yanvar 2024 | 23:18 | Müəllif: Subhan Mahmudov

“Fənərbağça” səfərdə çətin qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasının XX turunda növbəti matçlar keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Çempionatın lideri "Fənərbağça" səfərdə "Qaziantep"i çətinliklə məğlub edib - 1:0. Yeganə qolu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub. 50-ci dəqiqədə Edin Ceko penalti zərbəsindən yararlana bilməyib.

Bu qələbə ilə xallarını 53-ə çatdıran "Fənərbağça" liderliyini davam etdirir. "Qaziantep" isə 21 xalla 16-cıdır.

Günün digər matçlarında "Konyaspor" "İstanbulspor"la 0:0, "Antalyaspor" "Trabzonspor"la 1:1 hesablı heç-heçə edib, "Samsunspor" isə "Sivasspor"a 2 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, XX tura yanvarın 15-də keçiriləcək "Qalatasaray" - "Kayserispor" görüşü ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026