• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Real Madrid”in avtobusu qəzaya uğradı

İDMAN

12 Fevral 2024 | 22:30 | Müəllif: Subhan Mahmudov

“Real Madrid”in avtobusu qəzaya uğradı

“Real Madrid”in futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində "RB Leypsiq"lə oyuna gedərkən qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real Madrid”in futbolçularını aparan avtobusu çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb.

Fevralın 13-də “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real Madrid” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə "Santyaqo Bernabeu" stadionunda olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026