• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”la cavab oyunu asan olmayacaq” – Xabi Alonso

İDMAN

13 Mart 2024 | 16:46

“Qarabağ”la cavab oyunu asan olmayacaq” – Xabi Alonso

“Qarabağ”la cavab oyunu asan olmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Bayer 04 Leverkusen” komandasının baş məşqçisi Xabi Alonso Almaniyada “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis optimist olduqlarını bildirib: “Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərmək niyyətindəyik. Əlimizdən gələni edəcəyik”.

Alonso XXV turunda “Wolfsburg”u 2:0 hesabı ilə məğlub etdikləri Bundesliqa matçındakı kimi oynamayacaqlarını sözlərinə əlavə edib: @Mart, aprel və mayda bizi sıx qrafik gözləyir. Üç turnirdə mübarizə aparacağıq. Düşünürük ki, heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır@.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026