• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Arda Turanın komandası Modriçi alır?

İDMAN

11 Aprel 2024 | 19:44 | Müəllif: Subhan Mahmudov

Arda Turanın komandası Modriçi alır?

Arda Turanın çalışdırdığı "Eyüpspor" klubunun rəsmiləri xorvatiyalı ulduz futbolçu ilə maraqlanırlar.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, gələn mövsüm Türkiyə Super Liqasında çıxış edəcək "Eyüpspor" klubunun rəsmiləri "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istəyirlər. Arda Turan Modriçə zəng edərək məsələ ilə bağlı danışdığını bildirib.

Qeyd edək ki, "Eyüpspor" klubu Türkiyə Birinci Liqasında çempionatın başa çatmasına beş tur qalmış çempionluğunu elan edib və növbəti mövsüm üçün Türkiyə Super Liqasında çıxış etmə haqqına yiyələnib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026