• Bakı 14° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Azərbaycan badmintonçusu 1/4 finala yüksəldi

İDMAN

11 Aprel 2024 | 20:30 | Müəllif: Subhan Mahmudov

Azərbaycan badmintonçusu 1/4 finala yüksəldi

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, kişilərin şəxsi yarışındakı ilk görüşündə Bolqarıstan təmsilçisi Dimitar Yanakievi 2:0 (21:10,21:18) hesabı ilə məğlub edən idmançı 1/8 finala yüksəlmək uğrunda sloveniyalı Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21:13,21:13).

Ən güclü “səkkizliy”ə yüksəlmək üçün danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19,12-21,21-19) hesablı qələbə qazanaraq 1/4 finala vəsiqə adlayıb.

Edi yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026