"Sumqayıt" klubu futbolçusu Ayxan Süleymanlı ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Bakıvaxtı.az-a Klubun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, A.Süleymanlının müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaqdı. “Sumqayıt” 20 yaşlı müdafiəçi ilə "3+1" illik yeni müqavilə imzalayıb.
2022-ci ildən klubun formasını geyinən Ayxan bu günədək Premyer Liqada 16 matça çıxıb.
















