“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ən yaxşı formada olan komandaları siyahısında ilk “5-lik”dədir.
Bakıvaxtı.az qurumun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisi son 5 oyunda bütün turnirlər daxil olmaqla yüksək nəticələr göstərən klubların siyahısında yer alıb.
“Köhlən atlar” yalnız son 5 görüşdə qələbə qazanan “Olympique de Marseille”dən (Fransa) geri qalır. Ağdam təmsilçisi İngiltərənin “Liverpool”, Almaniyanın “Bayer 04 Leverkusen” klubları ilə 2-4-cü pilləni bölüşdürür. Hər 3 komandanın hesabında 4 qələbə və 1 heç-heçə var.















