• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AFFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı

İDMAN

13 Fevral 2024 | 18:21 | Müəllif: Subhan Mahmudov

AFFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yığıncaqda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah”la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda biri şərti olmaqla 2 oyun cəzalanıb, klubunu isə 1500 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimələnib.

“Neftçi” – “Sumqayıt” matçında meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə gördüyü üçün klubların hərəsi 700 manat cərimə ödəyəcək.

Bundan başqa, görüş bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt təmsilçisi əlavə 1500 manat xərcə düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026