Moskvanın “Spartak” klubunun hücumçusu Quincy Promesin BƏƏ-dən Hollandiyaya ekstradisiya olunacaq.
Bakıvaxtı.az xəbər “Championship.com”a istinadən verir ki, bu barədə onun vəkili Andrey Knayez bildirib.
Onun sözlərinə görə, Promesin yeganə çıxış yolu Hollandiyaya və həbsxanaya qayıtmaqdır:
“Çünki zorakılıq və ya narkotiklə əlaqəli cinayətin siyasi kimi tanınması ehtimalı azdır. Ona görə də, əgər Promes bu iş üzrə həbs edilibsə və Hollandiya prokurorluğundan sorğu olubsa, o zaman mütləq məhkəmə olacaq”.
Xatırladaq ki, martın 13-də Promes Hollandiya prokurorluğunun tələbi ilə BƏƏ-də həbs edilib.
Günəş Mərd
















