• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Nagelsman yenidən "Bavariya"nın baş məşqçisi ola bilər

İDMAN

13 Aprel 2024 | 12:19

Nagelsman yenidən Bavariyanın baş məşqçisi ola bilər

"Bavariya" klubunda Tomas Tuxelin gedişindən sonra baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu, hazırda Almaniya millisinə rəhbərlik edən Yulian Nagelsmanndır.

Münhen təmsilçisinin idman direktoru Maks Eberl 36 yaşlı alman mütəxəssisi yenidən komandaya qaytarmaq istəyir.

Qeyd edək ki, Yulian Nagelsmann 2021-2023-cü illərdə "Bavariya"nın "sükanı arxasında" olub. O, klubdan ayrıldıqdan sonra yığmada işləyir. Hazırkı Almaniya çempionu daha əvvəl mövsümün sonunda Tomas Tuxellə vidalaşacağını açıqlayıb.


SON XƏBƏRLƏR

05 Iyul 2025