• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Yanan avtomobildən son anda xilas oldu

İDMAN

13 Aprel 2024 | 09:36

Yanan avtomobildən son anda xilas oldu

“Latsio”nun və Albaniya millisinin müdafiəçisi Elseid Hüsay 160 min avro dəyərində olan “Ferrari”sini idarə edərkən avtomobili alovlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə aprelin 7-də baş verib. Avtomobili Hüsayın qayınatası idarə edib. Onların hər ikisi tamamilə yanmış avtomobildən çıxmağa müvəffəq olublar.

“Biz yolda hərəkət edərkən avtomobilin nasazlığı yanğına səbəb olub. Vəziyyəti dərhal hiss etdim və biz dayandıq. Xoşbəxtlikdən insanlara və digər nəqliyyat vasitələrinə heç bir zərər dəyməyib”, - deyə Hüsay “Instagram” hesabında yazıb.Oxu.az


SON XƏBƏRLƏR

26 Iyul 2024