• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Fənərbağça” yeni baş məşqçisini tapdı

İDMAN

12 May 2024 | 15:17 | Müəllif: Subhan Mahmudov

“Fənərbağça” yeni baş məşqçisini tapdı

Türkiyənin "Fənərbağça" klubu növbəti mövsüm baş məşqçi postu üçün Jose Mourinyo ilə maraqlanır.

Bakıvaxtı.az bildirir ki, Trendyol Süper Liqasında çempionluq yarışına 3 həftə qalmış "Qalatasaray"-dan 6 xal geri qalan "Fənərbağça" klubunda Əli Koç növbəti dəfə klub prezidentliyinə namizəd olacağını açıqlayıb.

Prezidentliyə digər namizəd Sadettin Saran da Əli Koçla görüşdən sonra iddiasından geri çəkildiyini bildirib.

O da məlum olub ki, Saran bu müddət ərzində Jose Mourinyo ilə əlaqə saxlayıb. "FaceTime" üzərindən 23 dəqiqə davam edən görüşdə portuqaliyalı mütəxəssisin şərtləri soruşulub. Jose Mourinyo "Fənərbağça" klubunda çalışması qarşılığında özü üçün illik 12 milyon avro, heyəti üçün isə 3 milyon avro istəyib. Əli Koç da menecer Jorge Mendes ilə əlaqə saxlayaraq Jose Mourinyonun planları barədə məlumat alıb./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR