• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb

İDMAN

10 Iyun 2024 | 20:31 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb

"Qarabağ" 2024/2025 mövsümü öncəsi ilk transferini reallaşdırıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.

Almaniya əsilli xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək.

27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, F. Butniç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026