• Bakı 26° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb

İDMAN

10 Iyul 2024 | 20:11

Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.

ABF-dən Bakıvaxtı.az-a verilən məlumata görə, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasəsən onunla iki illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq.

T.Zeytingöz sonuncu dəfə Türkiyənin "Qalatasaray" basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsini icra edib.

O, daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionatının qızıl, iki dəfə isə bürünc medalını qazanıb.


SON XƏBƏRLƏR

28 Iyul 2024