• Bakı 20° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Əksər rayonlarda yağıntılarda fasilə yaranıb

CƏMİYYƏT

28 Iyul 2024 | 18:54 | Müəllif: Subhan Mahmudov

Əksər rayonlarda yağıntılarda fasilə yaranıb

Ölkə ərazisində müşahidə olunan hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Bakıvaxtı.az-a bildirib ki, əksər rayonlarda yağıntılarda fasilə yaranıb.

Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, Lənkəran, Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır. O qeyd edib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda, Türyançayda, Qudiyalçayda, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda, Tərtərçayda, Bəsitçayda, Tutqunçayda, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda, Viləşçayda və Təngərüdçayda artım qeydə alınıb: “Yağan leysan xarakterli yağıntılar nəticəsində Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan,Oğuz rayonu ərazisindən axan Əyriçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan sel keçir”. G.Abbasova qeyd edib ki, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20 m/s-yə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026