• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə azərbaycanlı sabiq deputat vəfat etdi

CƏMİYYƏT

27 Avqust 2024 | 18:37 | Müəllif: Subhan Mahmudov

Türkiyədə azərbaycanlı sabiq deputat vəfat etdi

Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, əslən azərbaycanlı Yücel Artantaş uzun sürən xəstəlikdən sonra Ankara şəhərində vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, Yücel Artantaş 1952-ci ildə İğdırda anadan olub. O, 2002-ci ildə 22-ci çağırış (2002-2007) Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini olub.

Yücel Artantaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR