• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

İlk dəfə insana mexaniki ürək köçürüldü

DÜNYA

29 Iyul 2024 | 11:41

İlk dəfə insana mexaniki ürək köçürüldü

Alimlər ilk dəfə insana mexaniki ürək köçürüblər.

Bakıvaxtı.az xəbər verir ki, Texas Ürək İnstitutu (THI) məlumat yayıb.

Məlumata görə, mexanik ürək tək hərəkətli hissəsi olan titandan hazırlanmış iki kameralı fırlanan nasosdur.

Belə ki, TAH (total süni ürək) adlanan titan nasosu maqnit prinsipi ilə işləyən rotor sayəsində qan təzyiqi yaradaraq ürəyin hər iki mədəciyinin funksiyalarını dəqiq şəkildə təkrarlamaq qabiliyyəti ilə seçilir.

Bildirilib ki, ürək protezi dəqiqədə 12 litr qan axını çatdırmaq qabiliyyətinə malikdir ki, bu da sağlam yetkin kişiyə aktiv həyat tərzi, o cümlədən idmanla məşğul olmaq üçün kifayətdir.

Alimlər vurğulayıblar ki, mexaniki orqanın müvəqqəti istifadəsi xəstəyə bioloji ürək transplantasiyası keçirənə qədər təmin edilir.

Onlar daha dörd könüllü üzərində eksperimental transplantasiya həyata keçirərək tədqiqatları davam etdirmək niyyətindədirlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024