• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Beynəlxalq axtarışda olan şəxslər Türkiyədə saxlanıldı

DÜNYA

29 Iyul 2024 | 09:28

Beynəlxalq axtarışda olan şəxslər Türkiyədə saxlanıldı

İsveç və Monteneqro tərəfindən verilən İnterpol qırmızı bülleteni ilə beynəlxalq səviyyədə axtarışda olan şəxslər Türkiyədə saxlanılıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, İsveç tərəfindən qırmızı bülletenlə axtarışa verilən Aleksandr Qustafsson İstanbulda, Aleksandr Nedevski isə Bodrumda yaxalanıb.

Bundan əlavə, Monteneqro tərəfindən qırmızı bülletenlə axtarışda olan Draqan Pavlıçeviç də İstanbulda yaxalanıb.

Bildirilib ki, onlar "Narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, dopinq və saxtakarlıq", "Narkotik ticarəti və cinayət təşkilatına üzvlük", "Çirkli pulların yuyulması və narkotik maddə" cinayətlərinə görə beynəlxalq axtarışa veriliblər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024