• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər

İDMAN

10 Iyul 2024 | 19:34 | Müəllif: Subhan Mahmudov

Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan bədii gimnastları iyulun 12-14-də Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, yarışın mükafatları uğrunda Zöhrə Ağamirova və İlona Zeynalova mübarizə aparacaq.

Onlar məşqçilər Kamil Quliyev və Akif Kərimlinin rəhbərliyi altında güclərini sınayacaqlar.

Səbinə Hacıyeva Azərbaycanı hakim qismində təmsil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026