• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

UEFA "Barselona"nı cəzalandıracaq 

İDMAN

13 Aprel 2024 | 09:29

UEFA "Barselona"nı cəzalandıracaq

UEFA "Barselona"ya qarşı araşdırma başlanmasına qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.

Buna səbəb PSJ ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda (3:2) “Park de Princes”də nasist salamı verərək parisliləri qəsdən təhqir edən Kataloniya klubunun azarkeşləri olub.

Mənbənin məlumatına görə, “Barselona” PSJ səddini keçsə, Çempionlar Liqasının yarımfinalının səfər oyununda azarkeşlərinin iştirakı qadağan edilə bilər.

Qeyd edək ki, 1/4 finalında cavab oyunu aprelin 16-da Barselonada keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026