İspaniyanın “Atletico de Madrid” klubunun futbolçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasında (ÇL) 25 fərqli komandaya qol vurub.
Bakıvaxtı.az xəbər verir ki, fransalı hücumçu 1/8 final mərhələsinin İtaliyanın “Internazionale” komandası ilə cavab görüşündə (2:1) fərqlənərək öz göstəricisini yaxşılaşdırıb.
Bu baxımdan o, həmyerliləri arasında yalnız Kərim Benzemadan geri qalır. İspaniyanın “Real Madrid” komandasının sabiq forvardı 34 fərqli klubu məyus etməklə fransızlar arasında rekordçudur.
Qeyd edək ki, Antuan Qrizmann “Atletico de Madrid”in heyətində bu mövsüm 37 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə verib.
















