• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lionel Messi zədələndi

İDMAN

14 Mart 2024 | 16:35

Lionel Messi zədələndi

ABŞ-nin “Inter Miami” klubunun futbolçusu Lionel Messi zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bunu MLS komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.

Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə həmyerlisinin əzələsində gərginlik yaranıb. Bu üzdən 50-ci dəqiqədə əvəzlənən 36 yaşlı kapitan martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun - 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda Messi qollardan birinin müəllifi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026