Növbəti mövsüm Premyer Liqada legioner limiti dəyişəcək.
Bakıvaxtı.azxəbər verir ki, bu barədə Sportinfo.az AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan məlumata görə, bu, elita təmsilçilərinin istəyidir.
Belə ki, liqanın iştirakçılarının əksəriyyəti limitin dəyişdirilməsinə tərəfdar olduqlarını bildirib.
Məsələ AFFA İcraiyyə Komitəsinin mayda keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq və yeni qərar qəbul olunacaq. Buna əsasən, 7+4 limiti «8+3»lə əvəzlənəcək.