• Bakı 18° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Millimiz Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

İDMAN

13 Aprel 2024 | 12:52

Millimiz Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.

Qeyd edək ki, yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.


SON XƏBƏRLƏR

27 May 2024