• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçildi

İDMAN

13 Fevral 2024 | 14:59

Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçildi

Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülüb.

Bakıvaxtı.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, idmançı 226 min 339 səslə bütün rəqiblərini qabaqlayıb.

O, səslərin 52 faizini toplayıb.

İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səslə (46 faiz) birinci olub.

Qeyd edək kİ, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Malkinin yer aldığı yığmamız da komanda hesabında birinci olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026