• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazandı

İDMAN

13 Mart 2024 | 22:31 | Müəllif: Subhan Mahmudov

"Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazandı

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan turun açılış oyununda "Neftçi" və "Gəncə" klubları üz-üzə gəliblər.

Pley-off zonasında qərarlaşan "Neftçi" rəqibi üzərində 97:62 hesablı rahat qələbəyə sevinib. Bu, Bakı təmsilçisinin çempionatda 11-ci qələbəsi olub.

Ən məhsuldar basketbolçular "Neftçi"dən DiAncelo Stüart (17 xal, 7 ribaund), "Gəncə"dən İrşad Hant (19 xal, 11 ribaund) olublar.

Qeyd edək ki, 15-ci turun növbəti oyunları ("Xırdalan" - "Xəzri", "NTD-İndiqo" - "Sərhədçi", "Cəlilabad" - "Sabah", "Şəki" - "Sumqayıt") 15, 16 və 17 mart tarixlərində baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR