• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Güləşçilərimiz Avropa çempionatının yarımfinalına vəsiqə qazandılar

İDMAN

12 Fevral 2024 | 21:42 | Müəllif: Subhan Mahmudov

Güləşçilərimiz Avropa çempionatının yarımfinalına vəsiqə qazandılar

Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Murad Məmmədov (63 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

İdmançılar yarımfinalda, müvafiq olaraq, Nuqzari Tsurtsumia (Gürcüstan), Ənvər Allahyarov (AİN), Aleksandr Komarov (Serbiya) və Rza Kayaalp (Türkiyə) ilə qarşılaşacaqlar.

Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov 1/4 finalda xorvotiyalı Antonio Kamenyaseviçə məğlub olub. Rəqib finala yüksəlsə, güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcək.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026