• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yunan-Roma güləşçimiz qızıl medal qazandı

İDMAN

14 Yanvar 2024 | 23:42 | Müəllif: Subhan Mahmudov

Yunan-Roma güləşçimiz qızıl medal qazandı

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 6 üzvü mübarizəyə qoşulub.

Ülvü Qənizadə (72 kiloqram) həlledici görüşdə macarıstanlı Levente Levaya (7:0) qalib gələrək qızıl medalın sahibi olub.

Nihat Məmmədli (60 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) isə məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.

Bununla da Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026