• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

De Byazi onlardan birini Belçikaya aparacaq

İDMAN

17 Noyabr 2023 | 13:18

De Byazi onlardan birini Belçikaya aparacaq

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi iki cəzalı futbolçudan birini AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçiriləcək səfər oyununa aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün İsveçlə qarşılaşmada sarı vərəqə alaraq cəzalı duruma düşən Ramil Şeydayev yığmanın düşərgəsində qalıb.

27 yaşlı hücumçu bu gün komanda ilə birlikdə Belçikaya yollanacaq. Karyerasını Tailandın “Buriram Yunayted” klubunda davam etdirən Şeydayev çox güman ki, həmin ölkəyə məhz oradan gedəcək. İsveçlə matçda qırmızı vərəqə alan müdafiəçi Bəhlul Mustafazadə isə yığmanın düşərgəsini tərk edərək Bakıda qalıb.

Qeyd edək ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə İsveçi 3:0 hesabı ilə məğlub edib. Noyabrın 19-da Brüsseldə baş tutacaq Belçika – Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026