• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Benzema vətəndaşlıqdan və “Qızıl top”dan məhrum edilir?

İDMAN

18 Oktyabr 2023 | 20:55 | Müəllif: Subhan Mahmudov

Benzema vətəndaşlıqdan və “Qızıl top”dan məhrum edilir?

Marsel şəhərinin vitse-meri Valeri Boyer millinin hücumçusu Kerim Benzemanı Fransa vətəndaşlığından və "Qızıl top"dan məhrum etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Valeri Boyer bu haqda X sosial şəbəkəsində yazıb.

"Biz ikili vətəndaşlığı olan dünyaca məşhur bir fransızın ölkəmizi bu şəkildə biabır və hətta xəyanət edə bilməsini qəbul edə bilmərik", - Boyer bildirib.

Xatırladaq ki, oktyabrın 18-də Fransanın daxili işlər naziri Gerald Darmanin Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.

Qeyd edək ki, futbolçu İsraillə hərbi münaqişənin fonunda Fələstin xalqına dəstəyini ifadə edib. O, X sosial şəbəkəsində bombardmandan zərər çəkmiş Qəzza xalqı üçün dua etdiyini yazıb./qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR