• Bakı 8° C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimizin heyətində dəyişiklik edildi

İDMAN

18 Sentyabr 2023 | 11:51

Millimizin heyətində dəyişiklik edildi

DÇ-2024-ün elit-raund mərhələsində Niderland yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi hazırlığını bərpa edib.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, heyətdə zədəli və cəzalı futzalçı yoxdur. Amma 2 gün əvvəl Rumıniyaya məğlub olan komandada dəyişiklik edilib. İsa Atayev heyətdən kənarlaşdırılıb, Maneka millinin düşərgəsinə cəlb edilib. Hücumçu hazırda Macarıstanın “Studio Futsal Niredhaza” klubunda çıxış edir.

Qeyd edək ki, Niderlandla oyun sentyabrın 20-də, saat 18:30-da Bakı İdman Sarayında keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026