• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Qurban Qurbanov Macarıstanda mükafatlandırılacaq

İDMAN

17 Oktyabr 2023 | 19:29 | Müəllif: Subhan Mahmudov

Qurban Qurbanov Macarıstanda mükafatlandırılacaq

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - “Joao Barotra” diplomuna layiq görülən “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək təntənəli mərasiminə dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, Qurbanov oktyabrın 21-də keçiriləcək qala gecədə mükafatını alacaq.

Qeyd edək ki, Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlı kimi idman tariximizə düşüb./Sports.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR