• Bakı 8° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Boksçumuz Avropa çempionatının yarımfinalında

İDMAN

15 Noyabr 2023 | 23:37 | Müəllif: Subhan Mahmudov

Boksçumuz Avropa çempionatının yarımfinalında

Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib. 

Bakıvaxtı.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.
O, 1/4 finalda İrina Vinaradavanı (Belarus) məğlub edib. Savriyeva 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə qələbə qazanıb. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR