• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

“Qarabağ” 17 milyondan çox QAZANDI

İDMAN

15 Dekabr 2023 | 16:33

“Qarabağ” 17 milyondan çox QAZANDI

Avropa Liqasında yolunda davam edən “Qarabağ”ın bu mövsüm avrokuboklardakı ümumi qazancı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm 9 milyon 582 min (17 milyon 848 min manat) avroluq gəlir əldə edib.

Komanda son olaraq qrupun son turunda “Hakken”i məğlub edərək 1 milyon avrodan çox qazanc götürüb. Qələbə 630 min, qrupda ikinci yeri tutmaq 550 min, pley-offa vəsiqə isə 500 min avro gətirib. Həmçinin, qruplardakı heç-heçələrə görə əlavə mükafatlar da komandalar arasında bölüşdürülüb. “Qarabağ”a bundan 126 min avro pul gəlib.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. “Qarabağ” fevralın 15-22-də keçiriləcək oyunlarda rəqibini üstələyərək 1/8 finala yüksəlsə, daha 1,2 milyon avro büdcəsinə əlavə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR