• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Sabah Afrika Millətlər Kuboku başlayır

İDMAN

13 Yanvar 2024 | 20:12 | Müəllif: Subhan Mahmudov

Sabah Afrika Millətlər Kuboku başlayır

Yanvarın 14-də futbol üzrə Afrika Millətlər Kubokuna start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, 1984-cü ildən sonra ikinci dəfə Kot-d'İvuarın qəbul etdiyi turnirin açılış matçı ev sahibləri ilə Qvineya-Bisau yığmaları arasında olacaq.

Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Sayca 34-cü dəfə təşkil olunacaq Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparacaq. Oyunlar 5 şəhər və 6 stadionda keçiriləcək.

Qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yaxşı üçüncü olan dörd yığma da 1/8 finala yüksəlmək hüququ əldə edəcək.

Qeyd edək ki, fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026