• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycanın FIFA referisi Dubaydakı turnirə təyinat aldı

 

İDMAN

12 Fevral 2024 | 12:43

Azərbaycanın FIFA referisi Dubaydakı turnirə təyinat aldı 

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, FIFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.

Yarış fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

 

SON XƏBƏRLƏR

07 Sentyabr 2024