UEFA Konfrans Liqası 1/8 final mərhələsinin cavab matçı çərçivəsində “Fenerbahçe” öz meydanında “Royale Union Saint-Gilloise”ı qəbul edəcək.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Bildirilib ki, mərkəz müdafiəçiləri Rodriqo Bekao, Çağlar Söyüncü və Leonardo Bonuççi zədəlidir. Müalicəsi davam edən Coşua Kinq də komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, “Fenerbahçe” – USG qarşılaşması 14 mart tarixində Bakı vaxtilə saat 21:45-də baş tutacaq.
Komandalar arasında Belçikada keçirilən ilk oyun Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
















