• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

İDMAN

13 Mart 2024 | 09:41

Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarıldı

Azərbaycan millisinin “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq turnirdə biletlərin qiyməti üçüncü kateqoriya üçün 2, ikinci kateqoriya üçün 5, birinci kateqoriya üçün 10, VİP yerlər üçün 25 və 30 manat təşkil edir.

Biletləri "Itickets" və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-si, saat 20:00-da Monqolustan, martın 25-i, saat 20:00-da isə Bolqarıstan ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026