• Bakı 19° C

    7.28 m/s

UÇL: 1/8 final mərhələsinə 2 oyunla yekun vurulacaq

İDMAN

13 Mart 2024 | 09:28

UÇL: 1/8 final mərhələsinə 2 oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək.

İtaliya A Seriyasının lideri “Internazionale” İspaniyada “Atletico de Madrid”in qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar.

Digər cütdə Almaniya “Borussia”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.

Qeyd edək ki, buna qədər “Real Madrid”, “Barcelona” (hər ikisi İspaniya), “Manchester City”, “Arsenal” (hər ikisi İngiltərə), “Bayern München” (Almaniya) və PSG (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
13 mart

00:00. “Atletico de Madrid” (İspaniya) – “Internazionale” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid, “Metropolitano” stadionu
İlk oyun - 0:1.

00:00. “Borussia Dortmund” (Almaniya) – PSV (Niderland)
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund, “Signal Iduna Park” stadionu
İlk oyun - 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR