• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

UÇL: “Barcelona” və “Arsenal” 1/4 finalda

İDMAN

13 Mart 2024 | 09:23

UÇL: “Barcelona” və “Arsenal” 1/4 finalda

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Barcelona” komandası evdə İtaliya “Napoli”sini 3:1 hesabı ilə məğlub edərək, turnirin 1/4 finalına yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, “Barcelona”nın qollarını Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. “Napoli”də isə Amir Rrahmani (30) topu rəqibin qapısından keçirib.

Qeyd edək ki, ilk görüş 1:1 hesabı ilə başa çatmışdı.

İngiltərənin “Arsenal” futbol klubu isə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Portuqaliyanın “Porto” klubu ilə qarşılaşıb. Görüş Londonda baş tutub. İlk görüş “Porto”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçının əsas vaxtı da eyni hesabla “Arsenal”ın xeyrinə yekunlaşıb. Əlavə vaxtda rəqiblər qol vura bilməyib, penaltilər seriyasında isə London komandası daha güclü olub – 4:2.

Bundan əvvəl hazırkı turnirin qalibi İngiltərənin “Manchester City”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bayern München” və Fransanın PSG klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək. İlk oyunlar aprelin 9- 10-da, cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Wembley” stadionunda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026