• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Çempionlar Liqası finalının rəsmi topu təqdim edildi - FOTO

İDMAN

12 Fevral 2024 | 15:13

Çempionlar Liqası finalının rəsmi topu təqdim edildi - FOTO

UEFA Çempionlar Liqasının pley-off və final oyununda istifadə olunacaq top təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Topda iki aslan təsvir edilib.

Bildirilib ki, bu, İngiltərənin və paytaxt Londonun zəngin tarixi, mədəniyyətinin rəmzi olmaqla yanaşı, həm də oyunçuların cəsarətini, gücünü, həmçinin Avropa klub futbolunun ən çox arzulanan kubokunun əzəmətini təcəssüm edir.

Turnirin rəsmi topu "UCL Pro Ball London" adlandırılıb.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsi sabah start götürəcək. Final matçı iyunun 1-də Londonda gerçəkləşəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024