"Gərgin matç idi. Biz bu il qələbə qazanmamışdıq. Uşaqlarda böyük bir psixoloji basqı var idi. Buradan çıxmaq lazım idi və bu qələbəni qazanmaq bizim üçün vacib idi".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Səbail" futbol klubunun baş məşqçisi Şahin Diniyev bu gün "Kəpəz"-"Səbail" oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, matç gərgin keçib:
“Hava şəraiti ilə bağlı birinci hissə ümumiyyətlə, futbol adına bir şey göstərə bilmədik. Qol vəziyyətlərimiz olsa da oyun baxımından çox axsadıq. Bu da uşaqların nəfəs ala bilməməsi ilə bağlı idi. Birinci hissədən sonra nəfəsalma açıldı. Məcburi əvəzetməyə getməli idik. Oyunda əvəzetmələr uğurlu oldu. Oyunun axarını dəyişdi. Gərgin oyun idi. Sevinirəm ki, üç xalı qazana bildik".
Diniyev qeyd edib ki, komandası artıq orta sıralarda möhkəmlənib:
“Komanda rəhbəri ilə aramızda üç illik layihə var. Hər il daha da irəli getməyə çalışacağıq.
Mənim istədiyim yaxşı bir komanda yaratmaqdır. Allah icazə verərsə bu olacaq. Yeganə məşqçiyəm ki, hər yerdən özüm istefa verib çıxıb getmişəm. Görəndə ki, alınmır getmək lazımdır”.
Günəş Mərd



jpeg-1710333970.webp)












