• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Arzum "Milan"la qarşılaşmaqdır" - Bəhlul Mustafazadə 

İDMAN

15 Dekabr 2023 | 09:55

"Arzum "Milan"la qarşılaşmaqdır" - Bəhlul Mustafazadə

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə açıqlaması ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu pley-offda İtaliyanın “Milan”ı ilə  qarşılaşmaq istədiyini bildirib.

"Əlbəttə ki, arzum “Milan”la oynamaqdır, amma fərq etməz hansı gələcək. Hamısı güclü rəqiblərdir. Hansı ilə düşsək, maksimum nəticə üçün çalışacağıq”.

Qeyd edək ki, 10 xalla qrupu 2-ci pillədə başa vuran "Qarabağ" 1/16 finalda “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord" (Niderland), “Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya) və ya "Şaxtyor"a (Ukrayna) rəqib olacaq.

Xatırladaq ki, bu mərhələnin püşkatma mərasimi dekabrın 18-də keçiriləcək.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR