• Bakı 32° C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Orxan İbadov Dünya yaddaş çempionu olub

İDMAN

15 Dekabr 2023 | 10:58

Orxan İbadov Dünya yaddaş çempionu olub

24-26 noyabr tarixlərində Hindistanın Mumbay şəhərində Dünya Yaddaş Çempionatı keçirilib.

Bakıvaxtıı.az xəbər verir ki, dünyanın ən güclü 780 ən zəka sahiblərinin iştirak etdiyi yarışda Azərbaycanı təmsil edən Orxan İbadov iki kateqoriyada (Rəqəmlər və Üzlər / Adlar) Dünya yaddaş çempionu olub. Belə ki, həmyerlimiz bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq Yeni Dünya Rekorduna imza ataraq tarixə düşüb.

Orxan İbadov həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib. Bundan əlavə, o, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medal qazanıb yarışın ən çox medal qazanan yarışmaçısı olub.

Qeyd edək ki, bu nəticə Azərbaycan Respublikasının müstəqillik dövründə beynəlxalq intellektual yarışlarda qazandığı ən yüksək qələbədir.

Orxan İbadov 2017-ci ildən müstəqil qaydada Azərbaycanı mötəbər beynəlxalq yaddaş və beyin yarışlarında təmsil edir. O, ilk qələbəsini 2017-ci ilin Noyabrında İstanbulda keçirilən MEMORİAD yarışlarında qazanıb. O, sonrakı illərdə Filippində, Danimarkada, Avstriyada, Almaniyada, Misirdə, Fransada və onlayn formatda keçirilən yarışlarda yüksək nəticələr qazanıb.

Orxan İbadov Azərbaycanda, İspaniyada, Tailandda və digər ölkələrdə zehni inkişaf, yaddaş və beyindən səmərəli istifadə ilə bağlı digər mövzularda təlimlər keçir.


SON XƏBƏRLƏR

23 Iyul 2025