• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ulduz futbolçu qanunsuz əməldə ittiham olunur

İDMAN

16 Noyabr 2023 | 12:12 | Müəllif: Subhan Mahmudov

Ulduz futbolçu qanunsuz əməldə ittiham olunur

İtaliyanın "Milan" klubunun futbolçusu Alessandro Florentsi qeyri-qanuni mərc oynamaqda ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, Turin prokurorluğu 32 yaşlı müdafiəçini şübhəli şəxs qismində reyestrə daxil edib və hazırda araşdırma aparılır.

İtaliyalı oyunçu diskvalifikasiya ilə üzləşə bilər.

Daha əvvəl İngiltərənin "Nyukasl" komandasında çıxış edən Sandro Tonali oxşar ittihama görə artıq cəzalandırılıb. O, qarşıdakı Avropa çempionatı da daxil olmaqla, 12 ay futbol oynamayacaq.

Qeyd edək ki, Alessandro Florentsi cari mövsüm "Milan"ın heyətində 13 matçda iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026