• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Keyn "Bavariya"da ilkə imza atdı

İDMAN

16 Noyabr 2023 | 17:22

Keyn "Bavariya"da ilkə imza atdı

İngiltərə millisinin kapitanı Harri Keyn “Bavariya” klubunda ilk dəfə ayın futbolçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı hücumçu oktyabr ayının ən yaxşı oyunçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında təşkil olunan səsvermədə qalib gəlib.

“Bavariya” fanatlarının 48 faiz səsini toplayan Keyn komanda yoldaşları Leroy Sane (20 faiz) və Sven Ulrayxı (11 faiz) qabaqlayıb.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Münhen təmsilçisinə transfer olunan Harri Keyn ötən ay keçirdiyi 5 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026